Mərkəzi Bank tərəfindən ölkədə fəaliyyət göstərən bütün bankların və bank olmayan kredit təşkilatlarının müvafiq əməkdaşlarının iştirakı ilə “DƏYDR-in yaratdığı imkanlar və faydalar” mövzusunda maarifləndirici vebinarlar keçirilib.
Fins.az xəbər verir ki, tədbirə ümumilikdə 90-dan çox iştirakçı qoşulub.
Məlumata görə, təşkil olunmuş təqdimatda DƏYDR-in mahiyyəti, təminat predmeti olan daşınar əmlaklar barədə məlumatın əldə olunması, potensial borcalanın öhdəliklərinin axtarılması prosedurunun asanlığı, yüklülük sahibləri üçün üstünlük hüququnun yaranması barədə məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırıldı və informasiya resursunun üstün cəhətləri nümayiş etdirilərək geniş fikir mübadiləsi aparılıb.
Ölkədə əhalinin və biznes subyetklərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bu mövzuda müvafiq görüşlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.