Iş adamları üçün çox sərfəli şərtlərlə kredit ayrılır.
Fins.az xəbər verir ki, bunu “Unibank” KB-nın Korporativ biznes üzrə Baş inzibatçısı Tural Hüseynov deyib
O bildirib ki, mövsümlə bağlı olaraq hazırda biznes kreditləşməsinin aktiv dövrüdür və sahibkarlar öz bizneslərinə uyğun olan kredit növünü rahatlıqla seçə bilirlər: “Unibank biznesin güzəştli kreditləşməsində iştirak edən bütün Dövlət fondları ilə əməkdaşlıq edir. Biznes sahibləri öz tələbatlarına uyğun olaraq Sahibkarlığın İnkişafı Fondu, İpoteka və Kredit Zəmanət Fondu və Aqrar Kredit və İnkişaf Agentliyinin xəttilə ayrılan kreditlərdən faydalanmaq üçün “Unibank”a müraciət edə bilərlər. Unibank vakansiya
Dövlət fondlarının Azərbaycanda özəl sektorun inkişafına verdiyi tövhələrlə bağlı fikirlərini bölüşən Tural Hüseynov "Dövlət fondlarının əsas məqsədi ölkəmizdə sahibkarlıq subyektləri layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi olduğundan, iş adamları üçün çox sərfəli şərtlərlə kredit ayrılır. Sahibkarlarımız Unibank filiallarına gələrək, yaxud onlayn formada kredit müraciəti edə bilərlər”-deyə qeyd edib.