BANK

10 Mart

Aşağı faizli 30 min manata qədər kredit - KART HƏDİYYƏ EDİLİR

Hər bir müştəri bu kampaniyadan faydalanaraq krediti daha sərfəli şərtlərlə əldə edə bilər.

Fins.az xəbər verir ki,Azərbaycan Beynəlxalq Bankı yeni kredit kampaniyasına start verib. Kampaniyada təqdim edilən kreditin maksimum məbləği 30000 manat təşkil edir. Krediti maksimum 48 ay ərzində ödəmək mümükündür. Təqdim edilən kreditin illik faiz dərəcəsi – 18%-dən başlayır. Kampaniya 31 mart tarixinədək keçərlidir. Bu kampaniya dövründə Bankdan kredit alan müştərilərə TamKart VISA/MC Classic/Standart kartı hədiyyə ediləcək. xalq bank vakansiya

TamKart debet VISA/MC Gold, TamKart kredit VISA/MC Platinum, TamKart debet VISA/MC Premium kartları isə 50% endirimlə təklif olunur. Kampaniya zamanı bu təklifləri dəyərləndirərək Azərbaycan Beynəlxalq Bankından həm kredit götürən, həm də TamKart alan müştərilərə kreditin faizində də 1% endirim ediləcək.

Müəllif: Aynur Qəniyeva