Amerika iqtisadiyyatı fonunda qeyri-müəyyənlik dollar indeksinin korreksiyasına səbəb olub. Fins.az xəbər verir ki, ABŞ-dan müvafiq olaraq dərc ediləcək inflyasiya və işsizlik müavinətlərinə dair göstəricilər və proqnozlar önəmli rol oynayacaq.
EUR/USD və GBP/USD məzənnələri çərşənbə axşamı Amerika sessiyasında müqavimətlə rastlaşaraq ucuzlaşmağa başlayıb. Önəmli dəstək səviyyələri isə avroda 1.1866 və funtda 1.3834$-dır. Eyni tendensiya USD/TRY və USD/JPY valyuta cütlüklərin qiymətlərində də müşahidə edilir. Digər tərəfdən trend üzrə divergensiyaların yaranması da investorların diqqət mərkəzindədir.