BANK

05 Mart

\"Goldman Sachs\" neft qiyməti proqnozunu 5 dollar artırdı

Qlobal investisiya bankı "Goldman Sachs", 2020-ci ilin ikinci ilə üçüncü rübləri üzrə neft qiyməti proqnozlarını yüksəldib.

Fins.az xəbər verir ki, "OPEC+"ın istehsal ixtisarını Aprel ayında da davam etdirmək barədə qərar qəbul etməsindən sonra Brent nefti üçün qiymət təxminlərini dəyişdiyini açıqlayan "Goldman Sachs", 2021-ci ilin ikinci və üçüncü rübləri üzrə qiymət proqnozlarını 5 dollar artıraraq 75 və 80 dollar/barrel olaraq müəyyən edib. 

"Goldman Sachs", Brent nefti üçün 2021-ci ilin 4-cü rübü və 2022-ci il üzrə proqnozunu 75 dollar/barel olaraq təyin edib.