BANK

05 Mart

Azərbaycanda avro UCUZLAŞDI

Martın 5-də avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 2,0327 manata enib və bu, son bir ayda qeydə alınmış ən aşağı göstəricidir.

Hesablamalara görə, sonuncu dəfə avronun manata qarşı məzənnəsinin ən aşağı səviyyəsi 2021-ci ilin fevralın 5-də qeydə alınmışdı – 2,0322 manat.

Qeyd edək ki, 2021-ci ilin yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 3,01% dəyər itirib.

(c)APA

Xatırladaq ki, Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 Rusiya rublu 0,0228 manata, 1 türk lirənin məzənnəsi isə 0,2261 manata enib.