BANK

05 Mart

Azərbaycanda 6 bankın nizamnamə kapitalı artıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın nizamnamə kapitalı illik müqayisədə çox olub.

Bunlar “Premium Bank”, “Kapital Bank”, “Yelo Bank”, “Turan Bank”, “Naxçıvan Bank” və “PAŞA Bank”dır.

Ən yüksək dinamika “Premium Bank”da (47,8%), ən aşağı dinamika isə “PAŞA Bank”da (6,5%) qeydə alınıb.

Qalan 20 bankın nizamnamə kapitalı dəyişməyib.

“Renkinq”