BANK

03 Mart

Erdem Çakar: Hər bir kart üçün hər bazar ertəsi və cümə günü ilk gediş hədiyyə ediləcək

Bir az da Mastercard-ın ictimai nəqliyyatda tətbiqi barədə məlumat vermək istərdim. Bildiyimiz kimi ,dünyada meqapolislərdə artıq həm vətəndaşlar həm də turistlər biletlərdən, jetondan istifadə etmir. Cibindən Mastercard-ını çıxarır girişdə yaxınlaşdırır və bileti hesabına həmin an yüklənir bununla da vətəndaş istifadə etdiyi nəqliyyatda turniketlər, qapılar açılır vətəndaş səyahətini edir. Bu Moskvada, Sankt Peterburqda Nyu Yorkda, Londonda, Kiyevdə Ankarada keçərlidir. Artıq bu yenilik Azərbaycanda tətbiq edilir. 

Fins.az xəbər verir ki, bunu "Mastercard" şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar deyib

O qeyd edib ki,bu günlərdə bu layihəni pilot formada biz Şamaxıda həyata keçiririk. Çox təhlükəsiz sistemdir. Vətəndaş 100%-lik kart alacaq. Kartı olmayan sərnişin də kioskdan kart ala biləcək. Bununla da kartların oğurlanma, itmə riski olmayacaq. Hər şey sistem üzərindən olacaq. Üstəlik biz sistemin dəstəklənməsi üçün mart ayının sonuna kimi  hər kart üçün hər bazar ertəsi və hər cümə günü ilk gedişi hədiyyə etdik. Belə ki,sərnişin sərnişin kartı yaxınlaşdıracaq keçəcək amma hesabından məbləğ silinməyəcək.

Müəllif: Aynur Qəniyeva