BANK

02 Mart

Azərbaycanda bankların dollara tələbi ARTIB

02 mart 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

 Fins.az xəbər veririr ki, hərracda tələb 59,1 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşib.