BANK

02 Mart

Kredit itkiləri 1 trilyon dollara çata bilər

Beynəlxalq Ödəmələr Bankının (BIS) hesabatına görə, verilən təşviqlərin müddətinin bitməsilə şirkət iflasları artacaq, pandemiyanın səbəb olduğu iflaslar qlobal korporativ istiqraz bazarlarının dəyərindən 1 trilyon dollar silə bilər.

Fins.az xəbər verir ki, Beynəlxalq Ödəmələr Bankının şirkətlərə verilən dəstəklərin müddətinin bitməsilə şirkət iflaslarında artım gözləyir.

Hesabatda "Şirkət iflaslarındakı artım maliyyə sistemi və ya vergi mükəlləfləri tərəfindən kompensasiya edilməsi lazım olacaq kredit itkilərinə səbəb olacaq" ifadəsinə yer verilib.

Bu pessimist proqnoza, kredit bazarlarında pandemiya səbəbilə baş verən pisə gediş səbəb olub. “BIS”-ə görə, bəzi zəif şirkətlər üçün çətin dövr davam edəcək.