BANK

01 Mart

Azərbaycanda banklar nə qədər pul qazanıb?

Banklar yanvar ayında 25,4 milyon manat xalis mənfəət əldə etdi

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb. 

Məlumatda bildirilir ki, 2021-ci il fevralın 1-nə Azərbaycanın 26 bankının cəmi aktivləri 31 milyard 944,8 milyon manat, cəmi öhdəlikləri 27 milyard 224,1 milyon manat olub.

Yanvarda bankların 25,4 milyon manat xalis mənfəət əldə etdiyi vurğulanır.

26 bankın ümumilikdə 456 filialının, 108 şöbəsinin, 18724 işçisinin olduğu qeyd edilir.

Müəllif: Aynur Qəniyeva