İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Fonddan fins.az-a verilən məlumata görə, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə bu günədək 32 min 271 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 692 milyon 794,1 min manatdan çoxdur.