BANK

26 Fevral

Mərkəzi Bankların ani istiqraz alışı qərarları

Avstraliya Mərkəzi Bankı, 3 illik istiqraz faizlərini azaltmaq üçün 2,5 milyard dollarlıq alış-veriş edib, Cənubi Koreya isə yaxın aylarda istiqraz almağa başlamağı planlaşdırdığını bildirib. 
Gözlənilməz şəkildə  Avstraliya Mərkəzi Bankı, 3 milyard Aussie (2,35 milyard dollar) dəyərində 3 illik istiqraz satın aldı.

Cənubi Koreya da önümüzdəki aylarda istiqraz almaq üçün proqram elan etdi.

Yaponiya Bankı hələ bir hərəkət etməsə də, Maliyyə Naziri Taro Aso istiqraz faizlərində qəfil dalğalanmaların olmaması lazım olduğunu ifadə edərək, "Maliyyə ilə bazarların etibarını itirməyəcəyimizə əmin olmalıyıq." deyib. 

İnkişaf etməkdə olan bazar istiqrazları üçün göstərici olan İndoneziya istiqrazlarının gəlirliliyi son oktyabr ayında görülən səviyyələrə qayıdıb.

10 illik ABŞ Xəzinə istiqrazlarının gəliri 1,46% olduğu halda, Avstraliyanın 3 illik istiqraz gəliri 1 baza balı enərək  0,12% təşkil edib. 

Müəllim: Aynur Qəniyeva