BANK

24 Fevral

Azərbaycana qonşu olan bu ölkədə dollar yenidən rekord həddə BAHALAŞDI

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarının tükəndiyinin üzə çıxması Türk Lirəsinə mənfi təsir edir.

Fins.az "bloomberg "-ə istinadən xəbər verir ki, Türk Lirəsi dəyərdən düşür. Ötən həftə 6.96 səviyyələrinə qədər geriləmiş Dollar/TL məənnəsi yenidən yüksələrək 7.14 səviyyəsini aşıb.  Dollar/TL məzənnəsi 7.1479 Türk Lirəsini görüb. Son 2 gündə Türk Lirəsi dollar qarşısında 2%-dən çox dəyər itirib.

Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) pul siyasətini daha da sərtləşdirərək məcburi ehtiyatlar nisbətini artırması da Türk Lirəsinin ucuzlaşmasını dayandırmayıb.

Türkiyə Mərkəzi Bankının swaplar xaric Xalis Ehtiyat Mövqesinin mənfi 47.1 milyard dollar olduğu hesablanıb.