Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Azərbaycan Banklar Assosiasiyası arasında fəaliyyət göstərən Məhkəmə Ekspertizası İşçi qrupunun onlayn formatda iclası keçirilib.
Fins.az xəbər verir ki, iclasda hər iki tərəf üzrə qrupun koordinatorları, Məhkəmə Ekspertizası Mərkəzinin və ABA-ya üzv bankların bu sahə üzrə məsul nümayəndələri iştirak edib.İclasda bu sahə ilə bağlı tərəfləri maraqlandıran məqamlar müzakirə edilmiş, görüləcək işlər üzrə fikir mubadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq qurumları ilə Azərbaycan Banklar Assosiasiyası arasında 2019-cu ildə 3 müvafiq İşçi qrupları (Məhkəmə, İcra və Ekpertiza məsələləri üzrə) yaradılmış və hazırda fəal sürətdə fəaliyyətləri təşkil edilməkdədir.