BANK

19 Fevral

Manatın real məzənnəsi bahalaşır

Azərbaycanın ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşmaları fonunda manatın ABŞ dolları qarşısında sabitliyi manatın real effektiv məzənnəsini bahalaşdırır.

Manatın real effektiv məzənnəsinin bahalaşması iqtisadiyyatın rəqabətqabiliyyətinə mənfi təsir edir.

Fins.az Mərkəzi Bankın "2020-ci ilin yanvar-dekabr ayları üzrə Pul Siyasəti İcmalı"na istinadən xəbər verir ki, ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir.

“2020-ci il ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi (NEM) 6.3%, real effektiv məzənnəsi (REM) isə 4.1% bahalaşmışdır. Qeyd edək ki, 2014-cü ilin sonu ilə müqayisədə REM 30.9% ucuzlaşmışdır ki, bu da qeyri neft-qaz sektorunun uzunmüddətli rəqabət qabiliyyətinə müsbət təsir göstərən amillərdəndir”,- İcmalda deyilir.