BANK

19 Fevral

Azərbaycanda banklar ən çox hansı xarici valyutanı alıb və satıb?

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 13.3% azalaraq 5.2 mlrd. ABŞ dolları ekvivalentində olub.

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank-ın yayımladığı "Pul Siayasəti İcmalı" da məlumat verilib

Məlumata görə, bunun 4.5 mlrd. dollarını və ya 86.7%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Nağd xarici valyuta alqı-satqısı əməliyyatları əsasən I rübə təsadüf edib. 

Müəllif: Aynur Qəniyeva