Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina, yaxın üç ildə 4,25% faiz nisbətini 5% ilə 6 arasında artıracaqlarını açıqlayıb.
Fins.az xəbər verir ki, paytaxt Moskvada keçirilən Banklar Birliyi toplantısında etdiyi çıxışında Nabiullina, Rusiya Mərkəzi Bankının "neytral pul siyasətinə" keçəcəyini bildirib.
Sözügedən keçidin inflyasiyanın tendensiyasına bağlı olduğuna işarə edən Nabiullina, “İnflyasiyanı aşağı salacaq amillər görmürük. Fikrimizcə, inflyasiya tərəfdarı və inflyasiyanı azaldacaq amillər balanslaşdırılıb " deyə vurğulayıb.
Neytral pul siyasətinə keçid üçün növbəti üç illik dövrü hədəf aldıqlarını bildiriən Nabiullina, "Neytral pul siyasəti olaraq qəbul etdiyimiz faiz nisbəti 5%-lə 6 arasındadır."-deyə qeyd edib.
Qeyd edək ki, 2015-ci ilin əvvəlindən etibarən faizlərini 17%-dən tədricən endirən Rusiya Mərkəzi Bankı, siyasət faizini 2020-ci ilin iyul ayında 4.25 %-ə endirib.
Müəllif:Aynur Qəniyeva