Aprelin 1-də, saat 11:00-da “Kapital Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Fins.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşviq küçəsi, 2E ünvanında yerləşən inzibati binasında olacaq.
Yığıncağın gündəliyinə “Kapital Bank”ın ötən ilin yekunlarına dair maliyyə hesabatının təsdiq edilməsi, səhmdarlarına dividend ödənilməsi, 2021-2023-cü illər üçün strateji baxışının, misiyya bəyanatının, o cümlədən onun əsasında strateji planının layihəsinin müzakirə olunması, Fərid Məmmədovun yenidən Bankın Müşahidə Şurasına üzvü seçilməsi və digər məsələlər daxildir.