Yelen və Laqard inkişafı və məşğulluğu təşviq etmək üçün siyasət alətlərini müzakirə edirlər
ABŞ Maliyyə Nazirliyinin verdiyi açıqlamada Yelen və Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard arasında telefon danışığı olduğu açıqlanıb.
Danışıq zamanı, Yelenin yeni növ koronavirus (Kovid-19) epidemiyasına son qoyulması, güclü qlobal iqtisadi dirçəlişi dəstəkləmək, maliyyə sabitliyini qorumaq və iqlim dəyişikliyi təhlükəsi daxil olmaqla ümumi prioritetləri müzakirə etdiyi bildirilib.
Qarşılıqlı maraq doğuran iqtisadi və maliyyə məsələlərində transatlantik əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanan açıqlamada, Yelenin AMB-nin epidemiyaya qarşı sürətli və qəti siyasət müdaxiləsini təqdir etdiyi və Avropada və ABŞ da böyüməyə və məşğulluğa təkan verəcək siyasət alətlərini müzakirə etdiyi qeyd edilib.
Müəllif:Aynur Qəniyeva