Qısa müddət ərzində 2,5 milyona yaxın çek üzrə müraciət qəbul etmişik
Fins.az xəbər verir ki, bu barədə "Azərbaycan Beynəlxalq Bank"-nın İdarə Heyətinin sədri Abbas İbrahimov sosial şəbəkə hesabında məlumat verib
O bildirib ki,ilin innovasiya layihəsi seçilən “ƏDV Geri Al”ın müvəkkil bank tərəfdaşı kimi qısa müddət ərzində 2,5 milyona yaxın çek üzrə müraciət qəbul etmişik.
Abbas İbrahimov rəhbərlik etdiyi bankın üstün rəqəmsal təcrübə təqdim etdiyini vurğulayaraq,"Müştərilərimizə üstün rəqəmsal təcrübə təqdim etməklə iqtisadiyyatımızın şəffaflaşmasına töhfə verməkdən məmnunuq."-deyə qeyd edib.
Müəllif: Aynur Qəniyeva