BANK

04 Fevral

Deutsche Bank son 6 ildə ilk dəfə mənfəət açıqlayıb

Mərkəzi Frankfurtda yerləşən Almaniyanın ən böyük banklarından biri olan Deutsche Bank, investisiya bank birimindəki güclü qazanclar səbəbiylə 2014-cü ildən bu yana ilk illik mənfəətini açıqlayıb.
Fins.az -a Deutsche Bank-dan edilən açıqlamaya görə, banklar bazarlarda gözlənilən 200 milyon avro zərərinə baxmayaraq keçən il 113 milyon avro qazanc əldə edib. 

Alman bankı, bazarlarda itkilərin təxminən 325 milyon avro olacağı gözləntilərinə qarşı, keçən ilin son rübündə 51 milyon avro mənfəət açıqlamışdı. Bank, 2019-cu ilin eyni dövründə 1,6 milyard avro zərər açıqlamışdı.

Deutsche Bank qrupunun xalis gəliri 2020-ci ildə 2019-cu ilə nisbətən təxminən 4% artaraq 24 milyard avroya çatıb. 

Daha yüksək gəlir və xərclərə qənaət, Deutsche Bankın valyuta əməliyyatlarını da əhatə edən investisiya bankçılığı hissəsini də təsir etib. Bu seqmentdə gəlirlər 2020-ci ildə  32% artaraq 9.8 milyard avroya çatıb.

Son 10 ildə Deutsche Bank, ümumilikdə 8,2 milyard avro itirdi, bankın keçən ilki mənfəət elanı, Deutsche Bank İcra Başçısı (CEO) Christian Sewing üçün yenidənqurma dövründə əhəmiyyətli bir dönüş nöqtəsi olaraq qəbul edilib. 

Müəllif:Aynur Qəniyeva