BANK

02 Fevral

Azərbaycanlı Morgan Stanley bankında rəhbər vəzifəyə təyin olunub

Azərbaycanlı maliyyə mütəxəssisi Morgan Stanley-də rəhbər vəzifəyə təyin olunub. 

Fins.az xəbər verir ki, azərbaycanlı maliyyə mütəxəssisi Hüseyn Əliyev nüfuzlu investisiya bankı Morgan Stenley-in Almaniyanın Frankfurt şəhərində yerləşən nümayəndəliyində Likvidliyə nəzarət Direktoru təyin olunub. 

Məlumata görə, Huseyn Əliyev daha əvvəl Goldman Sachs-da xəzinə likvidliyi üzrə baş Mütəxəssis vəzifəsində işləyib. 

Qeyd edək ki, Morgan Stanley, mərkəzi ABŞ-ın New York şəhərində yerləşən Amerika investisiya bankıdır. 1935-ci ildə ABŞ-ın ikinci böyük bankı olan JP Morgan-dan ayrılaraq qurulub. 1997-ci ildə JPMorgan qrupu, II. İkinci Dünya Müharibəsindən 1980-ci ilə qədər böyüyən qida nəhəngi Sears Holdings Corporation-ın rəhbəri  Dean Witter ilə razılaşma nəticəsində ortaya çıxan şirkətin adı Morgan Stanley Dean Witter Co idi. Bu şirkətin adı daha sonra Morgan Stanley olaraq dəyişdirilib. 

Müəllif:Aynur Qəniyeva