BANK

01 Fevral

Azərbaycanda istehlak kreditləri üzrə faizlər ARTIB

Mərkəzi Bank “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumat yayıb.

Fins.az  məlumata istinadən xəbər verir ki, 31.12.2020-ci il tarixinə manatla verilən istehlak kreditləri üzrə orta faiz dərəcələri Sektorun orta faiz dərəcələri 19% - 24% civarındadır. 

Orta faiz dərəcəsi kredit kartı vasitəsilə verilən kreditlər üzrə 24%, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 23%, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 24%, avtomobil kreditlər üzrə 19%, digər istehlak kreditləri üzrə 23% olub. 

31.12.2019-cu il tarixinə orta faizlər 18% - 23% civarında idi.

2019-cu ilin sonunda orta faiz dərəcəsi kredit kartı vasitəsilə verilən kreditlər üzrə 23%, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 23%, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 21%, avtomobil kreditlər üzrə 18%, digər istehlak kreditləri üzrə 22% idi. 

ABŞ Dollarında verilən kreditlər üzrə orta faiz dərəcələri isə geriləyib. Orta faiz dərəcəsi kredit kartı vasitəsilə verilən kreditlər üzrə 10%-dən 3%-ə, digər istehlak kreditləri üzrə 7%-dən 5%-ə düşüb.