BANK

01 Fevral

Mərkəzi Bank mənfi faiz dərəcələrini müzakirə edəcək

İngiltərə Bankı, koronavirusun zərər verdiyi iqtisadiyyat üçün mənfi faiz dərəcələrinin istifadə edilib edilməməsi barədə danışıqlara hazırlaşır.

Fins.az xəbər verir ki,Mərkəzi Bankın mənfi faiz siyasətinin tətbiq olunmasına dair banklarla məsləhətləşdiyi və nəticələri açıqlayacağı bildirilib.

Məlumata görə,İngiltərə Bankı, 1694-cü ildə qurulduğu gündən bəri ilk dəfə borc xərclərinin sıfırdan aşağı ola biləcəyinə dair 160 ətraflı analiz nəticəsini açıqlayacaq.

Daha əvvəl Yaponiya və AB-də sınanmış bu siyasətdən istifadə edib edilməməsi, son 300 ildə ən pis göstəriciyə sahib olan iqtisadiyyatı xilas etməyə çalışan Mərkəzi Bank Başçısı Andrew Bailey üçün də çətin bir məsələdir. Bank mənfi faizləri bir vasitə kimi istifadə edəcək, amma bu hal-hazırda olmayacaq.

Bankın növbəti pul siyasəti qərarı və rüblük proqnozu 4 Fevralda açıqlanacaq. Ötən həftə sorğuda iştirak edən əksər iqtisadçılar faiz nisbətlərinin ən az 2023-cü ilə qədər cari 0,1% səviyyəsində və ya ətrafında qalacağını gözləyirlər. Yalnız bir bank mənfi faiz dərəcələrini proqnozlaşdırır. Bankın istiqraz alışı proqramı 895 milyard dollar səviyyəsindədir.