BANK

01 Fevral

Uçot faiz dərəcəsinin kəskin azaldılması ehtimalı aşağı görünür-MƏRKƏZİ BANKIN FAİZ QƏRARININ ŞƏRHİ

Mərkəzi Bank sonuncu görüşü zamanı fiskal siyasətin dəstəyi ilə məcmu tələbin artması gözləntiləri fonunda öz inflyasiya gözləntilərini bu ilin sonuna 4% olaraq proqnozlaşdırır.

Fins.az xəbər verir ki,bu barədə Unicapital investisya şirkətinin həftənin yekunları ilə bağlı proqnozlarında məlumat verilir

Bildilir ki, bu isə Mərkəzi Bankın hədəflədiyi səviyyədir. Bir sözlə artacaq inflyasiya gözləntiləri fonunda uçot faiz dərəcəsinin kəskin azaldılması ehtimalı aşağı görünür. Növbəti görüş mart ayında olacaq.

Unicapital mütəxəssisləri "Mərkəzi Bank bu müddət ərzində inflyasiya və digər qlobal, regional və iqtisadi amillərin necə dəyişəcəyini izləyərək martda qərar verəcək"-deyə sonda qeyd edib. 

Müəllif:Aynur Qəniyeva