BANK

29 Yanvar

Elman Rüstəmovdan Mərkəzi Bankın yeni binasına ayrılan pulla bağlı AÇIQLAMA

Mərkəzi Bank bu binanı öz vəsaiti hesabına tikir

Fins.az xəbər verir ki, Bunu Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Elman Rüstəmov deyib. 

O bildirib ki,Mərkəzi Bank binanın tikintisi üçün heç kimdən vəsait almır. Dövlət büdcəsinə  4 il ərzində 7,9milyard vəsait köçürüb.Bildirmək istərdim ki, son 4 il ərzində  8 milyarddan çox vəsait köçürüb. Biz son dövrlər klassik Mərkəzi Bank idik. Ancaq indi maliyyə bazarlarına nəzarət edirik. Buna görə də iş həcmimiz və işçilərin sayı artdı. Faktiki olaraq hazırda 3 binada yerləşirik. Pul təsərrüfat binamız Nərimanov rayonunda dalanda yerləşir. Bura yer və təhlükəsizlik üçün müəyyən tələblərə cavab vermir. Mərkəzi Bank modern institutdur. Buna görə də bizim belə bir binaya ehtiyacımız yaranıb. Biz indi olduğumuz binaları dövlətə qaytaracağıq. Sərf etdiyimiz dəyərin yarısını dövlətə verəcəyik. Bu da dövlət üçün böyük aktivdir.