BANK

29 Yanvar

\"AFB Bank\"-a etibar edilən depozitlər 70,9% AZALIB

"AFB Bank" -da  2021-ci ilin əvvəlinə bankda depozitlər 70,9% azalaraq 110 milyon 568,7 min manat, fiziki şəxslərin əmanətləri 7,7% artaraq 37 milyon 170,24 min manat təşkil edib. 

Fins.az xəbər verir ki, bu barədə "AFB Bank"-ın hesabatında məlumat verilir.

Məlumat görə, hesbatda bildirilir ki, 2020-ci il dekabrın 31-nə bankın kredit portfeli 50,2% azalaraq 182 milyon 229,91 min manata, istehlak kreditləri 17,4% azalaraq 27 milyon 746,31 min manata, biznes kreditləri 61,1% azalaraq 113 milyon 440,62 min manata bərabər olub. 

Hesabat dövrünün sonuna bankın öhdəlikləri 58,7% azalaraq ,204 milyon 340,57 min manat təşkil edib. 2020-ci ildə aktivlərini 51% - 281 milyon 426,58 min manata qədər azaldıb. 

2020-ci il dekabrın 31-nə “AFB Bank”ın kapitalı 4,2% azalaraq 77 milyon 86,01 min manat, nizamnamə kapitalı 70 milyon 393,455 min manat  olub. 

Ötən il fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 2019-cu ilin müvafiq dövrü ilə müqaisədə 13,7%azalaraq 5 milyon 388,89 min manat təşkil edib.