Bakı, 13 yanvar Fins.az
Avropa Mərkəzi Bankının rəhbəri Christine Lagarde, Covid yoluxma sayının artmasına və tədbirlərin artırılmasına baxmayaraq bankın bölgə iqtisadiyyatı ilə əlaqədar iqtisadi ptoqnozlarının qüvvədə olduğunu bildirib.
Fins.az xəbər verir ki,Avropa Mərkəzi Bankının rəhbəri Christine Lagarde, bankın Avrozonadakı iqtisadi böyümə ilə bağlı son proqnozlarının koronavirus yoluxmalarının artmasına və son karantin tədbirlərinə baxmayaraq "çox açıq şəkildə qüvvədə olduğunu" deyib.
Lagarde, ABŞ seçkiləri, İngiltərə ilə Brexit ticarət razılaşması və peyvəndin başlanması iə əlaqədar əvvəlki bir çox qeyri-müəyyənliyin indi açıq olduğunu deyib.
Reuters tərəfindən təşkil edilən onlayn tədbirdə çıxış edən Avropa Mərkəzi Bankının rəhbəri , ilin müsbət nəticələrlə naşladığını bildirib.Bununla yayanşı pul və maliyyə dəstəyinə ehtiyacın davam edəcəyini vurğulayıb.
ECB prezidenti, idxal maliyyətini azaldaraq inflyasiya üzərində aşağı təzyiq göstərən avronun dollara nisbətdə yüksəlməsinə qarşı siyasətçilərin "son dərəcə ehtiyatlı" olduqlarını bildirdi.
"Spekulyativ Bitcoin üçün tənzimləmə tələb olunur"
Bundan əlavə, kripto valyutaların da qiymətləndirməsini aparan Lagarde, Bitcoin-in tənzimlənməsi lazım olduğunu vurğulayıb.
Lagarde, beş il ərzində rəqəmsal avronun olacağını, bankın Facebook tərəfindən dəstəklənən Diem (əvvəlki libra) layihəsinin elan edildiyi gündən bəri rəqəmsal valyutanın faydalarını və risklərini araşdırdığını qeyd edib.
Müəllif:Aynur Qəniyeva