Bakı 6 Yanvar Fins.az
Azərbaycanda devalvasiya gözləntisi eyni zamanda cəmiyyətdə ayrı-ayrı şəxslər tərəfində dolların manata nisbətdə bahalaşacağı ilə bağlı fikirlər səsləndirilir. Mərkəzi Bank sədri Elman Rüstəmovun ölkədə devalvasiya gözlətisi ilə bağlı verdiyi açıqlamadan sonra cəmiyyət üzvləri dolların niyə bahalaşmayacağının səbəblərini bilməyə ehtiyac duyur. İqtisadçı ekspert Samir Əliyev yaxın 2-3 ay ərzində Azərbaycanda dolların niyə bahlaşmayacağını fins.az-a şərh edib.
Samir Əliyev Azərbaycanda manatın məzənnəsinin tənzimləmə prosedurunu açıqlayaraq bildirib ki, biz həmişə manatın dollara münasibətdə məzənnəsini əsas götürürük. Manatın avroya yaxud digər valyutalara münasibətdə məzənnəsi ümumilikdə əsas götürülmür. Hazırda birmənalı demək olmaz ki, Azərbaycanda yaxın zamanda dollar bahalaşmayacaq. Ona görə ki, Azərbaycanda dolların qiymətini bazar müəyyən etsəydi bizim proqnozlar özünü doğrulda bilərdi. Həmin vaxt biz səbəbləri göstərərək dollara tələbatın artacağını yaxud azalacağını əsaslandıraraq dolların Azərbaycan manatına nisbətdə məzənnəsinin necə dəyişəcəyi barədə dəqiq proqnoz verə bilərdik.
İqtisadçı eyni zmanda Azərbaycanda valyuta bazarının inzibati tənzimlənməsinə toxunaraq bildirib ki, Azərbaycanda manatın dollara qarşı məzənnəsini bazar tənzimləmir. İnzibati qaydada Mərkəzi Bank tərəfindən tənzimlənir. Bu o deməkdir ki, hökümət müəyyən edir, devalvasiya olsun yaxud olmasın. Bunu nəzərə alaraq hazırda hərhansı bir proqnoz verməyim.Ona görə ki, həmin proqnozun doğru olması demək olar mümükün deyil. Burada hər şey hökümətin qərarından aslıdır. Hökümət qərar verərəkən iqtisadi amili nəzərə alır amma əsas qərar siyasi olur. Hökümət başa düşür ki, istənilən artım onun nüfuzuna zərbə vurur. Buna görə də iqtisadi amillər devalvasiyanı tələb etsə də siyasi nöqteyi nəzərdən hökümət buna getmir.
Samir Əliyev fikirlərinin davamında Azərbaycnada dolların bahlaşmasına neftin qiymətinin də təsiri etdiyini qeyd edərək bildirib ki, 2020-ci ilin mart ayında dünya birjalarında neft kəskin ucuzlaşdı. Həmin vaxt Qazaxıstan, Rusiya kimi ölkələrdə devalvasiyaya getdilər, ancaq Azərbaycan höküməti devalvasiyaya imkan vermədi. Bazar tələb etdi ki, devalvasiya olsun amma hökümət siyasi qərar verərək Azərbaycanda devalvasiyaya getmədi. Bu baxımdan Azərbaycanda manatın dollara qarşı məzənnəsi ilə bağlı proqnoz vermək demək olar ki, mümükün deyil. Mən iki sənədlə- Maliyyə Nazirliyi tərəfindən hazırlanan Azərbaycanın 2021-ci il üzrə qəbul Dövlət Büdcəsi və Mərkəzi Bank tərəfindən təqdim edilən "Mərkəzi Bankın 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı"-nda əks olunan məlumatlarla tanış olduqdan sonra belə nəticəyə gəldim ki, hökümət devalvasiyaya getməkdə maraqlı deyil. Ona görə ki, hökümət devalvasiyanın zərərini anlayır və bu ilin birinci rübündə hökümət gözləmə mövqeyində olacaq, ondan sonra qərar verə bilər. Hökümət hələ ki, inzibati yolla dolların bahlaşmasına imkan vermir. Hökümətin nə vaxta kimi dolların bahalaşmasının qarşısını inzibati üsullarla alacağı məlum deyil.
Dolların bahalaşmasının zərərli olmasını və Azərbaycanda cavabdeh qurumlar tərəfindən dolların bahlaşmasının qarşısını almaq üçün həyata keçirilən inzibati müdaxilənin bu zərəri azaldılması üçün edildiyini qeyd edən Samir Əliyev "Mən də düşünürüəm ki, hökümət başa düşür ki, dolların bahalaşmasının zərəri daha çoxdur. Ona görə də dolların bahalaşmasının qarşısını inzibati yolla alır. Bu təxminən 1-2 ay davam edəcək.Ondan sonrakı müddətdə isə hökümət vəziyyətə baxacaq. Vəziyyəti nəzərə alaraq hökümət ya yenə də devalvasiyanın qarşısını alacaq yaxud da dolların bahalaşmasına imkan verəcək. Azərbaycanda dolların bahlaşması ilə bağlı gözlənti budur. Azərbaycanda dolların bahlaşması neftin qiymətindən birbaşa aslıdır. Neft bahalaşsa dolların sabitliyi davam edə bilər."- deyə sonda qeyd edib.
Müəllif:Aynur Qəniyeva
