BANK

05 Yanvar

JP Morgan Çin bankı ilə tərəfdaşlıq danışıqları aparır

Bakı, 5 Yanvar Fins.az

ABŞ investisiya bankı JP Morgan, Çin Ticarət Bankı ilə tərəfdaşlıq danışıqları aparır
Fins.az xəbər verir ki, mövzuya yaxın mənbələr JP Morganın Çin Ticarət Bankı ilə strateji tərəfdaşlıq üçün danışıqlar apardığını açıqladı.

Məlumata görə, adının çəkilməsini istəməyən mənbələr ortaqlığın detallarının hələ aydın olmadığını bildirdi. JP Morgan və Çin bank rəsmiləri məsələ ilə bağlı açıqlama verməyiblər.

Dünyanın ikinci böyük iqtisadiyyatı olan Çin, maliyyə və bank sektorundakı investisiyaları və rəqabəti artırır.

53 trilyon dollarlıq maliyyə sektorunu qlobal kapitala açan Çində 2023-cü ilə qədər 30 trilyon dollar böyüməsi gözlənilən bazar, JP Morgan, Goldman Sachs və UBS kimi bank nəhənglərini özünə cəlb edir.