BANK

05 Yanvar

Bu bank  8.5 milyon dollar təzminat ödəyəcək

Bakı 05 yanvar 2021-ci il Fins.az

Fransanın UBAF bankı Suriyaya qarşı sanksiyaları pozduğu üçün ABŞ-a 8.5 milyon dollar məbləğində təzminat ödəyəcək.

Fins.az  xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyindən bildirilib.

“UBAF ABŞ sanksiyalarına zidd olan 127 əməliyyata görə 8.5 milyon dollar təzminat ödəməyi qəbul etdi. Bank sanksiya tətbiq olunan Suriyanın maliyyə qurumları adından ödəmələr edib”, - məlumatda qeyd olunub.