BANK

29 Dekabr

Azərbaycan Mərkəzi Bankı 2018-2020-ci illərdə uçot dərəcəsi 2,4 dəfə azalıb

Bakı 29 dekabr Fins.az

Azərbaycan Mərkəzi Bankı 2021-ci ildə uçot dərəcəsinin parametrlərini 8 iclasda nəzərdən keçirməyi planlaşdırır.

Bu barədə AMB-nin 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd olunur.

“2021-ci ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla aşağıdakı qrafiklə ictimaiyyətə təqdim ediləcək: 29 yanvar, 19 mart, 30 aprel, 18 iyun, 30 iyul, 17 sentyabr, 29 oktyabr, 17 dekabr tarixlərində.

Qeyd olunan tarixlərdən 29 yanvar, 30 aprel, 30 iyul və 29 oktyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaq.

“2020-ci ildə faiz dəhlizinin parametrləri 8 dəfə müzakirə edilib, uçot dərəcəsi mərhələlərlə 7.5%-dən 6.25%-ə endirilib. Ümumilikdə, uçot dərəcəsi 2018-2020-ci illərdə 2.4 dəfə azalıb”, - AMB-dən vurğulanır.