BANK

29 Dekabr

Mərkəzi Bank və \"McKinsey” maliyyə sektorunun modernizasiyası proqramını hazırlayır

Bakı 29 dekabr Fins.az

Azərbaycan Mərkəzi Bankı «McKinsey Company» şirkəti ilə birgə maliyyə sektorunun modernizasiyası proqramını hazırlayır, yığım-tikinti bankının yaradılması imkanını öyrənir.

Fins.az xəbər verir ki, “Maliyyə sektorunun modernizasiyası üzrə nəzərdə tutulan irimiqyaslı tədbirlərin həyata keçirilməsi beynəlxalq əməkdaşlıqla hazırlanmış xüsusi proqramlarla təmin ediləcəkdir. "McKinsey” ilə birgə hazırlanan proqram çərçivəsində maliyyə inklüzivliyinin dərin diaqnostikası aparılacaq, müvafiq strategiya və konkret fəaliyyət planı hazırlanacaq”, - AMB-nin 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd olunur. 

AMB vurğulayır ki, maliyyə sektorunun hərtərəfli və dərin diaqnostikasının aparılması üçün Dünya Bankı ilə FSAP İnkişaf Modulu Proqramı çərçivəsində əməkdaşlığa başlanıb.“Kapital və sığorta sektorlarının inkişafı üzrə də beynəlxalq ekspertlərin iştirakı ilə spesifik proqramlar hazırlanıb və onların icrasına başlanılıb”, - AMB qeyd edir.