BANK

29 Dekabr

Yelo Bank -ın 2020-ci ilə ərzində həyata keçirdiyi ən qabaqcıl layihələr

Bakı 29 dekabr Fins.az

Azərbaycanın ən etibarlı banklarından biri olan Yelo Bank” Parlaq Bankçılıq” şüarı ilə rebrendinq edərək bank üçün tam yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Fins.az 2020-ci il ərzində Yelo Bank tərəfindən həyata keçirilən tədbir,kompaniya və mühüm yenilikləri təqdim edir.

Xidmət şəbəkəmizi tam yeniləməklə bərabər yeni konseptə uyğun Sahil və Lənkəran filiallarını istifadəyə vermişik.  Yeni filiallarımız rahatlıqları ilə yanaşı, müasirliyi və bankın sloqanına uyğun olaraq parlaqlıqları ilə fərqlənir. Konseptə uyğun olaraq filiallar fərdi və sürətli xidmət zonalarını, eləcə də, 7/24 rejimində işləyən bankomat və ödəniş terminallarını özündə birləşdirir.

Yeni filial konsepti yalnız daxili təmir işləri ilə yekunlaşmır. Həmçinin əməkdaşlar da Yelo dəyərlərini müştərilərə çatdıraraq onlar üçün müsbət əhval-ruhiyyə və dostluq atmosferi yaradırlar. Dəyişikliklərin əsas məqsədi müştərilərin bankda keçirdiyi hər dəqiqəni yeni bir müsbət təcrübəyə çevirməkdir. 

Yelo Kart – Baxışını dəyiş. Yelo-nun kart ailəsinə unikal dizaynı ilə seçilən, çoxfunksiyalı Yelo Kart qoşuldu. Yeni kartımızın iki növü mövcuddur – əsas məhsul Yelo Light və Premium sinifdən olan Yelo Platinum.

Çoxlu funksiyaları və rahatlığı ilə seçilən Yelo kartları əminik ki, hər kəsin ürəyincə olacaq. Bizim kartlarımız pul qabınızda  yalnız qeyri adi vertikal formaları ilə yox, həm də kənarlarının rəngi ilə seçiləcək.  

Parlaq, pozitiv və rahat – Yelo Bankın yeni saytını qarşılayın

Qapılarını müştərilərimiz üçün açan yeni filiallarımızın ardından, yeni veb saytımız da Yelo Bankın onlayn qonaqlarını qarşılamağa tam hazırdır. Uzun müddətdir gözlənilən www.yelo.az saytı parlaq bankçılıq konseptimizin daha bir təcəssümüdür.

Parlaqlıq, pozitiv və rahatlıq – bunların hamısını yeni saytımızda tapa bilərsiniz. Parlaq və müasir dizaynı ilə seçilən saytımız interaktivliyi və müştəri yönümlülüyü ilə özünə cəlb edir. Bundan əlavə, saytı xüsusi edən onun funksionallığı, rahatlığı və istifadədə sadəliyidir. Müştərilərimizin rahatlığı üçün bank məhsullarının sifarişi maksimum sadələşdirilib və saytın istənilən səhifəsindən sifariş səhifəsinə keçid imkanı yaradılıb.

Bundan əlavə, rahat naviqasiya sistemi vasitəsilə istifadəçilər saytın istənilən bölməsinə bir kliklə keçə, axtardıqlarını tez tapa və detallı məlumat əldə edə bilər.

Onlayn növbə xidməti

Bildiyiniz kimi, işimizdə rəqəmsal həllər tətbiq etmək üçün durmadan çalışırıq. Müştərilərimizin rahatlığını düşünərək və pandemiya dövrünün xüsusiyyətlərini nəzərə alaraq yeni onlayn növbə xidmətini istifadəyə veririk.

Artıq Yelo Bank müştərilərimiz filiallarımıza yaxınlaşmadan öncə onlayn sıra növbəsi götürməklə xidməti almaq istədikləri filialı və onlara uyğun olan vaxtı seçməklə sıra gözləməyib xidmət oluna biləcəklər.

 Xidmətdən istifadə qaydaları çox sadədir. Saytımızda yaradılan xüsusi bölmə vasitəsilə istənilən xidmət növünü, fililalı, gün və saatı ən azı bir gün öncədən seçməklə onlayn sırada yer tutmaq olar. Bununla bağlı müştərinin mobil nömrəsinə və elektron poçtuna təsdiq kodu gəlir. Həmin kodu filiala yaxınlaşdıqda növbə terminalına qeyd etməklə, seçilmiş xidmət sahəsi üzrə ən birinci boş masaya növbə sırası əldə etmək olur.

Xidmətdən yararlanmaq üçün keçid linkindən istifadə edə bilərsiniz - //bit.ly/yelonovbe

 Yelo School – Parlaq gələcək təhsildədir

Bankçlığa parlaqlıq qatan Yelo Bank yeni sosial layihəsi ilə parlaq zəkalara dəstək oldu. Bu dəfə bank məktəblilərin qayğısına qalaraq tədris ilinin əvvəlində onlayn dərs almaq imkanı olmayan şagirdlər üçün fürsət yaratdı. Lənkaran rayonunun Boladi kəndinin 1 saylı orta məktəbinin təhsil nəticələri ilə fərqlənən və aztəminatlı ailələrindən olan şagirdlərinə və onların müəllimlərinə planşet və internet paketlər hədiyyə edildi. Bunun sayəsində şagirdlər onlayn dərslərdən kənarda qalmayacaq. Bununla yanaşı, layihə çərçivəsində məktəblilər üçün müxtəlif mövzuları əhatə edən onlayn treninqlər də təşkil etdik. 

Təlimlərin məqsədi şəxsiyyətin düzgün formalaşmasına yardımçı olmaq, uşaqlarda təfəkkürü inkişaf etdirmək, gələcək peşə seçimində hədəflərini təyin etməkdə kömək etmək və liderlik keyfiyyətlərini müəyyənləşdirməkdir. Proqram çərçivəsində təhlükəsiz İnternet, çətinliklərlə mübarizə və bullinq kimi vacib mövzular da əhatə olunur.

Qısa zaman ərzində biz daxili və xarici təlimçilərin iştirakı ilə bir neçə onlayn təlim keçirdik, burada şagirdlər böyümə təfəkkürünün necə inkişaf etdirəcəklərini, real həyatda və internetdə öz təhlükəsizliklərini necə təmin edəcəklərini, düzgün hədəflərin necə qoyulacağını və gələcək peşə seçiminin yollarını öyrəndilər. Qarşıda uşaqların fərdi inkişafında kömək edəcək bir çox maraqlı və vacib mövzular var. Uşaqların üzündəki təbəssüm, minnətdarlıq sözləri və səmimi sevinc hissləri bizi işimizi davam etdirməyə stimullaşdırır.

Yelo Bank əhalinin həssas qruplarına öz bizneslərini qurmağa dəstək olur 

Korporativ sosial məsuliyyət Yelo Bankın strategiyasının ayrılmaz hissəsidir. Bir bank olaraq biz fəaliyyətimizlə Azərbaycan vətəndaşlarının yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq. Bizim fəlsəfəmiz sadədir - biznesin və cəmiyyətin uğuru ayrılmazdır. Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası tərəfindən həyata keçirilən həssas qrupların özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsində dəstək Proqramına birinci qoşulanlardan biri məhz biz olduq. Proqramın məqsədi həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

2020-ci ilin martından bu proqram çərçivəsində 11 vətəndaşımızı bizneslərinin açılması və inkişaf etdirilməsi üçün tələb olunan avadanlıqlarla təmin etmişik. Biz Bakı,Göygöl və Bərdə sakinlərinə dərzilik və mebel kəsimi üçün avadanlıqlar, Qəzənfər Rəhmanov (Lənkəran rayonu, Girdəni kəndi), Baxış Sadıqov (Bakı şəhəri, Binəqədi rayonu) və Cəlal Qurbanova isə, (Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi) təmənnasız olaraq bərbərlik avadanlıqları və ləvazimatları təqdim etmişik.

Qeyd edək ki, Qəzənfər Rəhmanov fiziki məhdudiyyətli, Baxış Sadıqov (məcburi köçkün) və Cəlal Qurbanov isə aztəminatlı şəxslərdir.

Gənclərimizin idman və incəsənətə artan marağını nəzərə alaraq, bu istiqamətlər üzrə bizneslərini qurmağı planlaşdıran iş adamlarına dəstək olmağa qərar verdik.

İdman zalı açmaq və gənclərimizə sağlam həyat tərzini aşılamaq arzusunda olan Məlikov Araz və Ağayev Hikməti lazımi avadanlıqlarla təmin etdik. Uzun illərdir idmanla məşğul olan sahibkarlarımız həyatlarını idmana həsr etmiş insanlardır. Hikmət bəy idman ustası, Araz bəy isə müharibə veteranıdır.  Dəstək verilən digər vətəndaşlar İsmayılov Anar və Məmmədova Səbinə  incəsənətlə məşğul olur və öz işlərilə həyata rəng qatırlar. Yelo Bank olaraq, onların işlərini daha da inkişaf etdirməsi üçün lazım olan alətlər, materiallar və avadanlıqlarla təmin etdik.

Layihə çərçivəsində öz işini qurmaq və sabit gəlir mənbəyi əldə etmək imkanı qazanan vətəndaşlarımıza bizneslərində uğur, gələcək planlarının isə, reallaşmasını arzu edirik.

Orduya Dəstək

 Yelo Bank döyüşlərin ilk günlərində Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat, eləcə də, döyüşlərdə iştirak edən şəxslər və onların ailə üzvlərinə dəstək məqsədilə 50 min manat olmaqla, ümumilikdə 150 min manat vəsait ayırmışdı. Ordumuza dəstək aksiyaları çərçivəsində cəbhə bölgələrinə tibbi ləvazimatlar, gigiyenik vasitələr, isti geyimlər, qida məhsulları və digər ilkin tələbat məhsulları göndərmişik.   

Bundan əlavə, torpaqlarımızın düşmən işğalından azad olunması və ərazi bütövlüyümüzün təmin olunması uğrunda qəhrəmancasına mübarizə aparan və şəhidlik zirvəsinə yüksələn əsgər və zabitlərimizin ailələrinə dəstək olmağı özümüzə borc bilirik. Xocavənd rayonu Qızıl Aypara Cəmiyyəti ilə birlikdə Qarabağ uğrunda döyüşlərdə şəhid olan və yaralanan əsgər və zabitlərimizin ailələrinə yardım payları apardıq. Qəhrəmanlarımızın ailələri ilə görüşdük, bacardığımız qədər onlara təsəlli verməyə çalışdıq.

Döyüşlərdə iştirak etmiş və xəsarət almış müştərilərimizi də unutmadıq. Qazilərimiz və şəhidlərimizin ailələrini ziyarət edib qəhrəmanlıqlarına görə onlara təşəkkür etdik. Bankımızın qərarı ilə şəhid və qazilərimizin kredit borclarının silindiyi xəbərini də ayrıca olaraq onlara bildirdik.