Bakı 29 dekabr Fins.az
Azərbaycan bank sektorunun likvid aktivlәri hazırda 9 mlrd. manat təşkil edir vә bank sistemi üzrә ani likvidlik әmsalı 59% tәşkil etmәklә, normativi (30%) 2 dәfәyә yaxın üstәlәyir.
Fins.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Qeyd edilir ki, bank sektorunun requlyativ tәlәbi әhәmiyyәtli üstәlәyәn kapital adekvatlığı ödәniş qabiliyyәti olmayan kreditorlardan yaranan itkilәri qarşılamağa kifayәt edir və 2020-ci ilin 11 ayında banklar tәrәfindәn ümumilikdә 116,7 mln. manat mәblәğindә sәhmdar kapital artırılıb.
Sözügedən əmsal bankların və ya digər maliyyə təşkilatların likvid aktivləri sataraq qısamüddətli öhdəliklərini ödəmək qabiliyyətini xarakterizə edir.
