BANK

29 Dekabr

Mərkəzi Bank: Azərbaycanın kapital bazarında mərkəzləşdirilmiş ticarət sistemi qurulacaq

Bakı 29 dekabr Fins.az

"Kapital bazarının inkişafına dair tədbirlər müvafiq strategiya çərçivəsində hüquqi bazanın təkmilləşdirilməsi, müasir bazar infrastrukturunun formalaşdırılması, bazarda iştirakın stimullaşdırılması və nəzarət çərçivəsinin beynəlxalq standartlara uyğunlaşdırılması həyata keçiriləcəkdir".

Fins.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

Bəyanatda qeyd edilib ki, Kapital bazarında hüquqi çərçivənin təkmilləşdirilməsi istiqamətində sekyuritizasiya prosesi, törəmə maliyyə alətləri və repo bazarı üzrə beynəlxalq standartlara uyğun requlyativ çərçivəsinin yaradılması, eləcə də maliyyə vasitəçiliyinin təkmilləşdirilməsi və beləliklə də bazarda yeni və daha mürəkkəb alət və xidmət növlərinin bazara təqdim edilməsi ilə kapital bazarının dərinliyinin artırılmasına dəstək olacaqdır. 

Kapital bazarında əməliyyat mühitinin təkmilləşdirilməsi üzrə müasir standartlara cavab verən mərkəzləşdirilmiş ticarət sisteminin qurulması, eyni zamanda qiymətli kağızların qeydiyyatı prosesinin elektronlaşdırılması üzrə görüləcək işlər emitentlərin və investorların bazara çıxış imkanının əhəmiyyətli dərəcədə genişləndirilməsini təmin edəcəkdir.