BANK

29 Dekabr

Mərkəzi Bank: FSAP çərçivəsində müəyyən proqramların icrasına artıq başlanılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) Dünya Bankı ilә birgə Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (Financial Sector Assessment Program – FSAP) çәrçivәsindә Azərbaycanın kapital vә sığorta sektorlarının inkişafı üzrә beynәlxalq ekspertlәrin iştirakı ilә spesifik proqramlar hazırlayıb vә onların icrasına artıq başlanılıb.

Fins.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

Qeyd olunub ki, maliyyә sektorunun başlıca ekosistem problemlәrinin hәlli üçün hökumәtlә sıx koordinasiya tәmin olunacaq.

Qeyd edək ki, Dünya Bankı FSAP çərçivəsində yer alacaq İnkişaf Moduluna rəhbərlik edəcək. Modul, maliyyə sabitliyi də daxil olmaqla, maliyyə sektorunun səmərəliliyi və inkişafı ilə bağlı məsələləri əhatə edəcək.