Bakı 29 dekabr Fins.az
2021-ci ildә dә Mәrkәzi Bankın pul siyasәti makroiqtisadi dayanıqlığın әsas sütunlarından olan qiymәt sabitliyinә yönәldilәcәkdir.
Fins.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Bəyanatda qeyd olunur ki,pul siyasәtini hәyata keçirәrkәn Mәrkәzi Bank inflyasiyaya tәsir edәn başlıca xarici vә daxili amillәri diqqәt mәrkәzindә saxlayacaqdır. İnflyasiya hәdәfinә nail olmaq mәqsәdilә monetar siyasәtin effektivliyini artırmaq üçün әlavә tәdbirlәr görülәcәk.
Bəyanatda həmçinin bildirilir ki, 2021-ci il vә ortamüddәtli dövrdә ölkә iqtisadiyyatı qarşısında dayanıqlı iqtisadi artım trayektoriyasına qayıdış, növbәti 10 ildә ümumi daxili mәhsulun ikiqat artımına nail olunması, yeni reallıqlar nәzәrә alınmaqla dayanıqlı makroiqtisadi sabitliyin tәmin edilmәsi, habelә işğaldan azad olunmuş әrazilәrin bәrpası kimi mühüm çağırışlar var.
Müəllif:Aynur Qəniyeva
