BANK

29 Dekabr

Mərkəzi Bank: 2021-ci ildə inflyasiyaya tәsir imkanlarını güclәndirmәklə bağlı islahatlar davam etdirilәcәk

Bakı 29 dekabr Fins.az

2021-ci ildә dә pul siyasәtinin prioritet mәqsәdini milli valyutaya inamın başlıca zәmanәtçisi olan qiymәt sabitliyi tәşkil edәcәkdir.

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir

Bəyanat da qeyd olunur ki, inflyasiyaya tәsir imkanlarını güclәndirmәk istiqamәtindә islahatlar davam etdirilәcәkdir. 2021-ci ildә pul siyasәtinin son hәdәfi inflyasiyanın 4±2% dәhlizindә idarә olunması tәşkil edәcәkdir. Әvvәlki illәrdә olduğu kimi növbәti ilә dә hәdәf istehlak qiymәtlәri indeksinin son 12 ayda dәyişimi olacaqdır. İnflyasiya hәdәfinә nail olmaq üçün pul siyasәtinin aralıq hәdәflәri olaraq mәzәnnә, pul tәklifi vә faiz dәrәcәlәrindәn qәrarların transmissiya xüsusiyyәtlәri nәzәrә alınmaqla istifadә edilәcәk.

Müəllif:Aynur Qəniyeva