Türkiyə Mərkəzi Bankının keçən həftə proqnozlardan daha yüksək faiz artıramasının ardından Türk Lirəsi bahalaşmaqda davam edir.
Fins.az xəbər verir ki, bu gün Dollar/TL məzənnəsi 7.50 səviyyəsindən də aşağı düşüb.
Bakı vaxtı ilə saat 14:00-da məzənnə 7.46 səviyyələrində olub. Bu gün Türk Lirəsi Dollar qarşısında 1%-dən çox bahalaşıb.
Türkiyə Mərkəzi Bankı ötən həftə faizini 2 bənd artıraraq 15%-dən 17% səviyyəsinə yüksəldib.
Bu il Dollar/TL məzənnəsi 8.50 səviyyəsinədək yüksəlmişdi.
