BANK

28 Dekabr

Depozit hərracı keçirilib-NƏTİCƏSİ

Bakı 28 dekabr Fins.az

28.12.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 915,4 milyon manat təşkil edib.

Mərkəzi Bankın yaydığı məlumata görə, hərracın nəticəsində cəlb edilmiş vəsaitlərin həcmi 200  milyon manat, bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76% təşkil etmişdir.