Bakı 28 dekabr Fins.az
FINTEX SAMMIT ONLAYN VISA ilə tərəfdaşlıq çərçivəsində 28-29 yanvar 2021 –ci ildə "Bank ödəniş ekosistemində yeni trendlər:innovativ həllər,Fintexlər və təhlükəsizlik" mövzusunda keçiriləcək.
Fins.az xəbər verir ki, FİNTEX ONLINE sonsuz imkanlara malik virtual Sammitdir və özündə virtual auditoriya, virtual stendlər, virtual laundj, netvörkinq və digər üstünlükləri birləşdirir.
Qeyd edilir ki,kifayət qədər tarixə malik olan sammit bütün maraqlı tərəflərin bir araya gələrək, yeni fikirlər, təcrübələr bölüşdüyü, məhsullar təqdim etdiyi, bir-birlərindən öyrəndiyi, işgüzar əlaqələr qurduğu və maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu mükəmməl bir platforma olaraq özünü sübut etmişdir.
FİNTEX SAMMİT Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Sammit tənzimləyici orqanın, bankların, fintexlərin, assosiasiyaların, beynəlxalq maliyyə təşkilatların, yerli səfirliklərin, akademik dairələrin, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərarqəbuledicilər və influenserləri bir araya gətirir.
Sammitdə aşağıdakı mövzular müzakirə ediləcək.
- Maliyyə xidmətlərində gələcək risklər
- Fintex: tərəfdaşlıq və əməkdaşlıq dövrü
- Ödəniş ekosistemi: dəyişən vərdişlər
- Platforma bankçılığı və rəqəmsal ekosistemlər
- Alternativ maliyyələşmə
- Müştəri təcrübəsi: bankçılıq və fintexin dəyişən dünyası
- Kibertəhlükəsizlik əvvəlkindən daha da vacibdir
- Data: bankçılıq və fintexin gələcəyi
- Blokçeyn və rəqəmsal aktivlər
- Tənzimləyici çərçivə: texnologiyanın tətbiqi
Sammit çərçivəsində “Maliyyə və Rəqəmsal Texnologiya Günləri” elan ediləcək və müxtəlif əlaqədar yan tədbirlər də (mitaplar vebinarlar, yarışmalar və s.) keçiriləcək.
