Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat olub. Elnur Rzayev Əmanətlərin Sığortalanması Fondunun Maliyyə departamentinin direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Elnur Rzayev bundan əvvəl müxtəlif vəzifələrdə çalışmışdır. 2018-2020-ci illərdə “Aztexnika LTD MMC” – də İcraçı direktorun müavini - Maliyyə departamentinin direktoru vəzifəsində, 2020-ci ilin aprel ayından son təyinata qədər isə “AZSIĞORTA ASC”-də Daxili audit xidmətinin rəhbəri vəzifəsində çalışmışdır. Elnur Rzayev Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin İqtisadi kibernetika ixtisasını bitirmişdir.