İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bankları arasında yeni anlaşma memorandumu imzalanıb
Fins.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Al Arabiya televiziyasında yayımlanan xəbərə görə İsrailin "Leuma" və BƏƏ-nin ən böyük dövlət bankı olan "First Abu Dhabi Bank" (FAB) və "Emirates NBD" arasında yeni bir anlaşma memorandumu imzalanıb.
Dünən "Emirates NBD" ilə İsrailin ən böyük banklarından biri olan "Bank Hapoalim" arasında bəzi əməkdaşlıq müqavilələrinin imzalandığı bildirilib.
Eyni zamanda BƏƏ-nin ən böyük bankı olan "First Abu Dhabi Bank", 2 sentyabr tarixində İsrail maliyyə qurumları ilə əməkdaşlıq üçün danışıqlara başlayacağını açıqlayıb.
ABŞ prezidenti Donald Tramp 13 avqust tarixində İsrail və BƏƏ-nin “münasibətlərini tamamilə normallaşdırmaq” üçün razılığa gəldiklərini elan edib.
Trump cümə günü BƏƏ-dən sonra Bəhreynin İsrail ilə münasibətləri normallaşdırmaq üçün razılığa gəldiyini elan edib.
Müəllif:Aynur Qəniyeva