BANK

26 Avqust

Biznes kreditlərinin həcmi AZALIB

Biznes kreditlərinin həcmi ilin əvvəlinə nisbətən 403,7 mln. manat və ya 4,5% azalıb.

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb

Məlumata görə,bu müddətdə ipoteka kreditlərinin həcmi isə əksinə 5,9% artaraq cari il avqustun 1-nə 1 900,3 mln. manata çatıb.

Bank sektorunun cəmi kredit portfeli bu il avqustun 1-nə 14 204,5 mln. manat olub. Bu isə ilin əvvəlinə nisbətən 696,4 mln. manat və ya 4,7% azdır.