BANK

26 Avqust

Bank sektorunun öhdəlikləri AZALIB

Azərbaycan Bank sektorunun cəmi öhdəlikləri ilin əvvəlindən 8,1% azalaraq cari il avqustun 1-nə 25 848,1 mln. manat təşkil edib. 
Fins.az xəbər verir ki,bu müddətdə depozit portfeli( maliyyə institutları istisna olmaqla) 21 326,7 mln. manatdan 19 367,4 mln. manata azalıb. 
Portfelin 7 675,4 mln. manatını fiziki şəxslərin depozitləri əhatə edib. Hesabata əsasən, fiziki şəxslərin depozitlərinin həcmində ilin əvvəlinə nisbətən 9,8% azalma qeydə alınıb.

Cari il avqust ayının 1-nə bank sektorunun cəmi kapitalı 4 655,3 mln. manat təşkil edib. Bu isə ilin əvvəlinə nisbətən 1,6% çoxdur.

Müəllif:Aynur Qəniyeva