BANK

26 Avqust

Azərbaycan Beynəlxalq Bankı 2020-ci ilin ilk 6 ayında işçilərinin sayını 8,5% artırıb

Azərbaycan Beynəlxalq Bankı (ABB) ASC 2020-ci ilin birinci yarısında işçi heyətinin sayını artırmağa davam edib.

Fins.az bankın yarım illik hesabatına istinadən xəbər verir ki, 2020-ci il iyun ayının sonunda ABB 2019-cu ilin sonunda 2150 nəfərə qarşı 2332 nəfər işlə təmin edib. Beləliklə, ilin birinci yarısında ABB heyətini 8,5% artırıb

Qeyd edək ki, ABB 2019-cu ildə işçilərinin sayını 18,3% artırdı

Beynəlxalq Bank 1992-ci ildə təsis edilib.Maliyyə Nazirliyinin bankın kapitalındakı payı 91,4% -dir. Ümumiyyətlə, bankın kapitalındakı dövlətin payı 95,27% -dir. Bankın nizamnamə kapitalı 1 milyard 241,287 milyon manatdır.

Müəllif:Aynur Qəniyeva