AFB Bank -da kadr dəyişikliyi olub
Fins.az xəbər verir ki Musa Xudiyev bankın satış üzrə direktoru vəzifəsinə təyin olunub
Məlumata görə Musa Xudiyev 21.01.2020-ci il tarixindən etibarən Bankın İdarə Heyəti Sədrinin müşaviri vəzifəsində çalışıb.
Bank sektorunun peşəkarlarından hesab olunan Musa Xudiyev bu sahədə 14 illik təcrübəyə malikdir.
Qeyd edək ki, Musa Xudiyev daha əvvəl “Zaminbank” ASC – də və “Bank Standard” QSC – də rəhbər vəzifələrdə,“Rabitəbank” ASC-də Filialların idarə edilməsi departamentinin direktoru vəzifəsində işləmişdir.
Müəllif:Aynur Qəniyeva