BANK

25 Avqust

“Kapital Bank” ASC-nin səhmləri Bakı Fond Birjasında yerləşdiriləcək

 
25 Avqust 2020-ci il tarixindən etibarən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin qiymətli kağızları BFB-də standart bazar seqmentində listinqə daxil edilmişdir.
BFB-də standart bazar seqmentində listinqdə olan “Kapital Bank” ASC-nin imtiyazlı səhmlərinin yerləşdirilməsi 28 avqust 2020-ci il tarixində həyata keçiriləcəkdir və emissiya prospektinə əsasən, yerləşdirilmə 7 (yeddi) iş günü ərzində davam edəcəkdir.
 
Döv. Qeyd. nömrəsi Q/k növü və forması Ticarətə buraxılan qiymətli kağızların sayı Q/k-ın yerləşdirməyə başlanması tarixi Q/k-ın ilkin ticarət qiyməti Q/k üzrə illik gəlirlilik dərəcəsi
1 AZ3001005157 İmtiyazlı adlı sənədsiz
1 614 205
(ədəd) 28.08.2020 12.39 manat 15%
    
  Səhmlərin yerləşdirməsi üzrə anderrayter “Paşa Kapital İŞ” ASC-dir.